ABŞ yenidən hökuməti Bəxtiyar Hacıyevi azad etməyə çağırır

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəxtiyar Hacıyevə hücumların səbəbi nədir?

Dekabrın 20-də Azərbaycanda məhkəmə Bəxtiyar Hacıyev ilə bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması haqqında vəsatəti təmin etmədikdən sonra ABŞ Dövlət Departamenti bir daha onu azad etməyə çağırıb.

"Turan"ın Vaşinqton müxbirinin xəbərinə görə, qurumun mətbuat katibi Ned Prays (Ned Price) gündəlik brifinqdə həmin məsələyə münasibətdə bunları bildirib: "Ötən həftə biz Bəxtiyar Hacıyevin İnsan Hüquqları Günü (10 dekabr) ərəfəsində həbsi ilə bağlı narahatlığımızı bildirmişdik. Biz Azərbaycan hakimiyyətini onu operativ qaydada azad etməyə çağırdıq".

B.Hacıyevin işinin Azərbaycan rəsmiləri ilə müzakirə olunub-olunmadığı haqqında sualın cavabında isə Prays belə deyib: "Bu, bizim diplomatik kanallarla tərəfdaşlarımızla apardığımız özəl danışıqlardır. Biz bütün dünyada ümumilikdə, həmçinin ayrı-ayrı hallarda insan hüquqları məsələsini tərəddüdsüz qaldırırıq. Bu, əlbəttə ki, Azərbaycandakı tərəfdaşlarımıza da aiddir".

Sizin brauzer HTML5-i dəstəkləmir

Bəxtiyar Hacıyev həbsdə qaldı

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev aclığı dayandırması üçün təzyiqlərə məruz qaldığını deyir. Bu barədə o, dekabrın 20-də Xətai rayon Məhkəməsində danışıb.

Bu məhkəmədə Hacıyevin istintaq dövründə ev dustaqlığına buraxılması haqda vəkili Aqil Layıcın verdiyi vəsatətə baxılıb. Qapalı keçirilən məhkəməyə ictimai fəalın özünü də gətiriblər. O deyib ki, artıq altıncı gündür, aclığı davam etdirir. Amma aksiyanı dayandırması üçün həm fiziki, həm psixoloji təzyiqlərə məruz qalıb. Bu barədə hakim Bəxtiyar Məmmədova ətraflı danışan ictimai fəal vurğulayıb ki, təzyiqlərə baxmayaraq, aclığı dayandırmaq niyyətində deyil:

"Bu aclığı mən qanunsuz həbsimə etiraz olaraq başlamışam. Qanunsuz həbsdə saxlanmağım isə davam edir".

Buna da bax: Həbsdə Bəxtiyar Hacıyevə təzyiqlər olduğu deyilir

Hacıyevin hakimə dedikləri

Hacıyevin ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb.

Onun vəkili Şəhla Hümbətova AzadlıqRadiosu-na bildirib ki, Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti veriləcək: "Eyni zamanda, Bəxtiyar Hacıyevin məhkəmədə danışdığı, Bakı İstintaq Təcridxanasında ona qarşı baş vermiş qanunsuz hərəkətlərlə əlaqədar lazım olan hüquqi addımlar atılacaq".

Vəkil əlavə edib ki, həbsdə aclıq edən şəxs həkim nəzarətində oımalıdır.

Hacıyev hakimə deyib ki, ona nəinki tibbi yardım göstərilmir, əksinə, şüşəsi sınıq, soyuq otaqda, qandallı vəziyyətdə saxlanılıb, su istəsə də, gətirib ona göstəriblər, lakin verməyiblər.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə istintaq təcridxanasında Bəxtiyar Hacıyevə fiziki və psixoloji təzyiq göstərilməsi haqda iddiaları təkzib edib.

Sizin brauzer HTML5-i dəstəkləmir

İctimai fəal prezidenti məhkəməyə verdi

Xatırlatma

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi ictimai fəal B.Hacıyevi 1 ay 20 gün müddətinə həbs edib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Həmin insident daha öncə fəala qarşı açılmış cinayət işi üzrə məhkəmədə baş verib.

Harvard Universiteti məzunu olan Hacıyev 2011-ci ilin martında da həbs edilmişdi. Ona hərbi xidmətdən yayınma ittihamı ilə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Hacıyev 2012-ci ildə Ali Məhkəmənin qərarı ilə vaxtından əvvəl şərti azadlığa çıxıb.

O, son illər hökumətin və hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlı sərt tənqidləri ilə seçilir.