Britaniya kəşfiyyatı: Liman şəhərindən çıxarılma Rusiyanın əməliyyat və siyasi uğursuzluğudur

Ukrayna

Kəşfiyyat mənbələri bildirir ki, qoşunların çıxarılması yüksək vəzifəli məmurlar tərəfindən Rusiya hərbi rəhbərliyinə qarşı növbəti ictimai tənqid dalğasına səbəb olub

Rusiya hərbi bloqerləri və müxbirləri iddia edirlər ki, Rusiya hərbçiləri Ukraynanın Liman şəfərini itirdikdən sonra Limandan təxminən 30 kilometr aralıda Kremennaya yaşayış məntəqəsinə doğru müdafiə xətti çəkməyə çalışır.

Bu ərazilər artıq Luqansk vilayətində, Rusiya qoşunlarının yayın birinci yarısında ağır döyüşlərlə işğal etdiyi Lisiçansk və Severodonetskin şimalında olan yaşayış məntəqələridir.

Buna da bax: Bolqarıstan Rusiya qazından qurtulur: Əsas Azərbaycan qazını ötürəcək yeni kəmər işə düşüb

Britaniya kəşfiyyatı Ukrayna qüvvələrinin hücumu ilə Rusiya qoşunlarının Donetsk vilayətinin Liman şəhərindən çıxarılmasını Rusiyanın əməliyyat və siyasi uğursuzluğu hesab edir:

“Əməliyyat baxımından Liman vacibdir, çünki o, Rusiyanın müdafiəsini gücləndirməyə çalışdığı Siverskii Donets çayı boyunca yolların əsas kəsişməsində yerləşir. Rusiyanın Limandan çıxması həm də böyük siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya “azad etmək” məqsədi daşıdığı və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir”, – Böyük Britaniya Müdafiə Nazirliyi tvitter hesabında yazıb.

Kəşfiyyat mənbələri bildirir ki, qoşunların çıxarılması yüksək vəzifəli məmurlar tərəfindən Rusiya hərbi rəhbərliyinə qarşı növbəti ictimai tənqid dalğasına səbəb olub.

Britaniya kəşfiyyatı Limanı əlində saxlamağa çalışan Rusiya qüvvələrinin geri çəkilərkən ağır itki verdiklərini ehtimal edir.

Buna da bax: ABŞ Kiyevə daha 12,3 milyard dollar ayırır

Bundan əvvəl təxminən 5 min Rusiya hərbçisinin Liman itiqamətində mühasirəyə düşdüyü bildirlmişdi. Oktyabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü sayın daha az ola biləcəyini deyib.

Ukrayna hərbçilərinin mühasirə ilə bağlı məlumatlarından sonra Rusiya Müdafiə Nazirliyi qoşunlarının Limandan "daha sərfəli ərazilərə" - çəkildiyi elan edib.

Bu arada Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında Liman istiqamətində müdafiəyə rəhbərlik edən Mərkəzi Hərbi Dairənin komandanı, general-polkovnik Aleksandr Lapini sərt şəkildə tənqid edib. Limanda digər bölmələr arasında "kadırovçular" də var idi.

AzadlıqRadiosunun Ukrayna xidməti BBC-yə istinadla yazır ki, Kadırov Lapini tənqid edərkən onu “Vaqner” qrupuna nəzarət edən və “Putinin aşpazı” kimi tanınan Priqojin də dəstəkləyib. Beləki o, son vaxtlar “Vaqner” PMC-nin fəaliyyətinin arxasında dayandığını və Ukraynadakı müharibəyə Rusiyadan məhbusları cəlb etdiyini gizlətməyib.

Buna da bax: Məhbəsdən müharibəyə: 3 min 300 dollar