Buryatiyada səfərbərlik: Adamlar ailələrini,işlərini atıb tayqa meşələrinə qaçırlar

Buryatiyada səfərbərlik

Ukraynada ölən buryatların sayı Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir

Buryatiyada səfərbərlik kütləvilik miqyasına və çoxsaylı pozuntulara görə müşahidəçilər tərəfindən ən çətinlərdən biri adlandırılır.

Sakinlər çağırış vərəqələrinin əlillərə, çoxuşaqlı atalara, eləcə də səhhəti ilə bağlı heç vaxt xidmət etməyənlərə, hətta ölənlərə gətirilməsindən danışır.

Buryatiyanın rəhbəri Aleksey Tsydenov belə pozuntuların olduğunu etiraf edib, lakin "səhvən" çağırılanların hamısının evlərinə qaytarıldığını bildirib. O belə adamların 70 nəfərə yaxın olduğunu deyib.

Amma səfərbər olanların qohumları və dostları bu sözləri təkzib edir və iddia edirlər ki, həmin şəxslər nə toplama məntəqəsindən, nə də təyin olunduqları hərbi hissədən bir daha geri qayıtmayıblar.

Orduya yarasız olsa da Alenanın atasına gələn çağırış vərəqi

-Ulan-Udedə səhər saat 7-8 radələrində rəhmətə getmiş qardaşımın adına olan çağırış vərəqəsi ilə gəlnimizin qapısını döyüblər. O, polisə yoldaşının iki il əvvəl öldüyünü deyib. Üzr istəyib gediblər. Ulan-Udedə poliqrafiya sahəsində çalışan Natalya Semenova deyir ki, bu Buryatiyada yeganə hal deyil.

Alena Xarlamova adlı qız isə yazır ki, iki il əvvəl vəfat edən əmisi üçün gəliblərmiş.

Buna da bax: Putin Ukrayna ərazilərinin ilhaqını elan edə bilər-Kiyevin BMT-dən tələbi

Hüquq müdafiəçiləri Rusiya qanunvericiliyində “qismən səfərbərlik” anlayışının olmadığını bildirirlər. Bu da nəzəri baxımdan hər kəsin orduya şağırılması anlamına gəlir. Nəticədə, çağırılanların çoxu ədalətə ümid etmədən Rusiyanı tələsik tərk edir - əksər hallarda onlar Buryatiyadan qonşu Monqolustana qaçırlar. Hətta sərhəddə artıq uzun-uzadı tıxacların yarandığı da deyilir.

Səfərbərlik altına düşən sakinlər ailələrini və iş yerlərini tərk edərək, tayqa meşələrinə qaçırlar. Kişilərin bəzilərinin pasportu yoxdur, sərhədi keçə bilmirlər, sadəcə meşələrə gedirlər, gizlənirlər.

Buryatiya-Monqolustan sərhəddi

“Sibir.Realii”yə müraciət edən Buryatiyanın bir neçə sakini deyib ki, onların əvvəllər səhhətinə görə xidmət etməyən qohumlarına da çağırış vərəqələri verilib.

- Atamın 45 yaşı var, heç vaxt qulluq etməyib, xidmətə yararlı deyil. Dünən qapının zəngi çalındı. Onun imza atmasını təkid etdilər. Atam xaç işarəsi qoydu, - Ulan-Udedən Alena (ad dəyişdirilib) deyir. Məhkəməyə müraciət edəcəyini deyən Alena hələki vəkilin də buna zəmanət vermədiyini vurğulayır.

Adının çəkilməsini istəməyən Kurumkanski rayonunun sakinlərindən biri tanışlarına çağırış gəldiyini, xidmətə yararsız olmasına baxmayaraq evə getməsinə, xırda əşyalarını yığmasına belə imkan verilmədiyini deyir. O, sadəcə zəng vurub, Transbaykaliyaya, təlim-məşq toplanışına aparıldığını deyə bilib.

“Azad Buryatiya” müharibə əleyhinə fondunun həmtəsisçisi Viktoriya Maladayeva-nın sözlərinə görə, 4 min səfərbərlik plan olmasına baxmayaraq sentyabrın 21-də 5 min adama çağırış vərəqələri verilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Mətbuat Şurasının 8-ci qurultayında olanlar

- 5 mindən çox adamın səfərbər olunması sentyabrın 21-nə keçən gecə olub, indi bu rəqəm iki dəfə artıb. Qəsəbə rəisləri, polislər ümumiyyətlə, xidmət keçməyən, döyüş təcrübəsi olmayan 54, 56, 58 yaşlı kişilərə çağırış vərəqələri verirlər. Ailədəki bütün kişilərə - həm kürəkənə, həm də ər, oğul və ataya çağırış vərəqəsi verilən ailələr bizimlə əlaqə saxlayırlar. Bu, sadəcə olaraq Buryatiyada ağlasığmaz dəhşətdir, Müqəddəs Varfolomey gecəsi, heç kim yatmırdı. Bütün gecəni insanları yataqdan qaldırmaq, gecənin bir yarısında qapını döymək...

Ukrayna ilə müharibədə həlak olan əsgərlərin sayına görə Buryatiya Rusiya regionlarının liderlərindən birinə çevrilib. Buryatiyadan olan hərbçilər arasında ölüm, rəsmi məlumatlara görə, regionda hər 100 min nəfərə 60 nəfəri ötür. Bu, Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir.

Rusiyanın Ukraynada apardığı müharibədə həlak olan əsgərlərin sayına görə Buryatiya Rusiya regionlarının liderlərindən birinə çevrilib. Buryatiyadan olan hərbçilər arasında ölüm, rəsmi məlumatlara görə, regionda hər 100 min nəfərə 60 nəfəri ötür. Bu, Rusiya üzrə orta göstəricidən təxminən 10 dəfə, Moskvadan isə 468 dəfə yüksəkdir.

Sentyabrın 21-də isə Putin bütün Rusiya ərazisində qismən səfərbərlik elan edib. Bu təxminən 300 min rusiyalının orduya cəlb olunması deməkdir. Putinin bu qərarının elanından sonra Rusiyada etiraz aksiyaları başlayıb. Çağırışdan yayınmaq istəyən rusiyalılar müxtəlif ölkələrə üz tutmaqdadılar.

Sentyabrın 24-də isə Rusiya prezidenti könüllü təslim olmaya görə 10 ilədək həbs cəzası nəzərdə tutan qanunu imzalayıb.

Rusiya fevralın 24-də qonşu Ukrayna ərazisinə hücum edib. Müharibə hələ də davam edir.

Buna da bax: İran Qərbi Azərbaycandan İraqdakı silahlılara zərbə endirdiyini bildirir