8 sutka alan gənclər azadlığa çıxdılar

Sizin brauzer HTML5-i dəstəkləmir

Gənc fəallar azadlığa çıxdı

►"Bizdən ala bildikləri yalnız saçımız oldu"

Milli Şuranın 17 sentyabr mitinqində saxlanan gənc fəallar Bakının Binəqədi rayonundakı İnzibati həbs olunanların saxlanılma məntəqəsindən azadlığa buraxılıb.

Polis onları ictimai asayişi pozmaqda suçlamışdı.

Onlarsa özlərini günahkar saymırlar.

Deyirlər ki, Milli Şuranın mitinqdən sonra polis aksiyaçılara hücum edərək, onları əvvəlcədən gətirdikləri avtobuslara doldurub.

8 sutka alan gənclər Toğrul İbrahim, Ruslan Qara, Nuru Nuruzadə, Elton Əli, Orxan Carçı, Məcnun Pirəliyev, Araz Səməd, Məmməd Baləmmədov, Dəyanət Əliyev, Ülfət Həsənqarayev, Kazım İmanov və Şəmistan Şahverdiyevdi.

Toğrul İbrahim sərbəst buraxılandan sonra deyib ki, cəza çəkdikləri müddətdə onlara qarşı zorakılıq olmayıb.

"Bizdən ala bildikləri yalnız saçımız oldu, fikirlərimiz yerindədi, dəyişməyib"