Nəhəng çəltik sortu yaradıldı - düyü istehsalını artırmaq üçün [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Çində 2 metr hündürlüyündə çəltik sortu yaradılıb (Reuters)

Çinin Elmlər Akademiyası ölkədə düyü istehsalını artırmaq üçün yeni çəltik sortu yaradıb.

2,2 metr hündürlüyünəcən böyüyən bu sort fermerlərə məhsuldarlığı təxminən 50 faiz artırmağa imkan verəcək.

İndi Hunan vilayətində sınaq üçün əkilən “nəhəng” çəltik sortunun yaradılmasına alimlər 10 il vaxt sərf ediblər.

Əhalisi durmadan artan Çində düyü əsas ərzaq məhsuludur.

Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur. Düyü yer kürəsi əhalisinin təxminən beşdə ikisini qidalandırır.

Buna da bax: Tıxac probleminin həlli üçün - ikitəkərli avtobus [Video]