Finlandiyada çəyirtkə unundan çörək bişirilir [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

Çəyirtkə çörəyi [Video]

Çörək var ki, ona balqabaq, günəbaxan tumu qatırlar.

Çörək də var onun ununa qurudulmuş çəyirtkələri üyüdüb qatırlar.

Finlandiyanın "Fazer" şirkəti dünyada ilk dəfə olaraq çəyirtkə çörəyi bişirib.

Hər bir çörəkdə 70 çəyirtkənin unu var. Çəyirtkələrə görə belə çörəkdə zülal daha çoxdu.

Helsinkidə keçirilən təqdimata qatılanlar təzə çörək növündən xoşları gəldiyini deyiblər. Onlardan biri deyir ki, çəyirtkə çörəyi "elə çörək kimi dadır":

"Çox yaxşıdı... Nə bilim... (gülür-red.)"

Çəyirtkə çörəyi adi çörəkdən 1 avro bahadı.

Çində və başqa Asiya ölkələrində həşərat çox yeyilir. Avropada isə bu hələ də tabu olaraq qalır.

Amma dünyanın artan əhalisi üçün davamlı qida mənbələrinin axtarışı həşəratlardan yemək hazırlanması çağırışlarını artırır.