Çeçen blogeri öldürmək cəhdində şübhəli iki şəxs saxlanılıb

Tumso Abdurakhmanov, 14 noyabr 2018

İsveçdə çeçen bloger Tumso Abduraxmanovun öldürülməsinə cəhddə şübhəli bilinən iki nəfər tutulub.

Reuters agentliyinin məlumatına görə, polis həmin şəxsləri martın 1-də nəzarətə götürüb. Hər iki şübhəlnin Rusiya vətəndaşı olduğu bildirilir, amma adları çəkilmir.

Abduraxmanov 2015-ci ildən bəri Avropada yaşayır. Bloqqerə sui-qəsd cəhdi fevralın 26-da baş verib. Naməlum şəxs gecə saatlarında blogerin evinə girərək yatdığı yerdə çəkiclə onu vurmağa cənd edib. Hücumu dəf edən Abdurahmanov tez də hadisə barədə polisə xəbər verib.

Blogerin hadisə anında çəkdiyi videoda həmin şəxs ona sifarişin Qroznıdan gəldiyini deyib.

Tumso Abduraxmanovun Ramzan Kadırovun yaxın qohumu olan yüksəsk vəzivəli məmurla aralarındakı qarşıdurmadan sonra izlənməsindən ehtiyatlanaraq Çeçenistanı tərk edib.

Ötən ilin martında Çeçenistan parlamentinin spikeri Maqomed Daudov Abdurahmanovdan qanlı intiqam alınacağını ifadə edib. Amma Ramzan Kadırovun sözçüsü Alvi Kərimov tərcüməçilərin Daudovun sözlərini təhrif etdiyinə əmin olduğunu bildirib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, Kremlin Rusiya vətəndaşına hücumundan təssüfləndiyini söyləyib. Bununla yanaşı, o sui-qəsd cəhdi ilə Çeçenistandakı yüksək çinli məmur arasında hər hansı əlaqəni görmədiyini vurğulayıb.