Daş karxanaları Qubada kəndləri susuz qoyub

Sizin brauzer HTML5-i dəstəkləmir

Qubanın Pirvahid kəndindən keçən Qaraçay bir vaxtlar kəndliləri ağ günə çıxarırmış. Əkin-biçinə vaxtlı vaxtında su verib, yaxşı məhsul götürüb dolanan kəndlilər daş karxanasının çaydakı fəaliyyətindən sonra təmiz və bol su üzünə həsrət qalıblar.