Maşınlar elektriki yollardan yığacaq

İllüstrasiya

Azərbaycanda tramvaylar, trolleybuslar yığışdırıldığı bir vaxtda görün, İsveçdə nəqliyyat sahəsində nələr edirlər.

İsveç elektromobillərin ən çox olduğu ölkələrdən biridir,

İndi yolları da belə avtomobillərə uyğunlaşdırırlar, Dünyada ilk dəfə.

Bu, elektrik doldurma stansiyalarının olmadığı ucqar bölgələrdə də elektromobil sürməyi asanlaşdıracaq.

Hələ ki, bu yolun 2 kilometrlik sınaq hissəsini çəkiblər.

Yolun ortasında tramvay relslərinə bənzər rels var. Maşın xüsusi mexaniki qol vasitəsilə həmin relsə qoşulur.

Belə yolun hər kilometrini çəkmək 1,2 milyon dollara başa gəlir.

Sistem maşınları "tanıma mexanizmi"nə malikdir. Nə qədər elektrik işlədirsənsə, o qədər ödəyirsən.

​2017-ci ilin statistikasına görə, İsveçdə elektrikla çalışan 50 min maşın var.

Bunun 38 mini hibrid, 12 mini isə yalnız elektriklə çalışan maşınlardır.

Hökumət elektrik maşın alanlara maliyyə dəstəyi verir.

Buna da bax: Norveçdə 'Gələcəyin şəhəri'ni tikirlər