Nazirlərin milliyə azarkeşliyi - [video]

-

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Xorvatiya oyununu bir sıra dövlət rəsmiləri də izləyib.

supersport.az saytı oyunu stadiondan izləyən nazir və məmurların sevincini çəkə bilib.

Oyunu izləyənlər arasında Baş Nazirinin birinci müavini Yaqub Eyyubov, Socar prezidenti Rövnəq Abdullayev, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev də olub.

Azərbaycan millisinin oyundan 1 xalla ayrılması digərləri kimi, Elmar Məmmədyarovu da sevindirib. Nazir sevincini gizlədə bilməyib, heç-heçəni fit çalmağla qeyd edib.

supersport.az saytının çəkdiyi görüntüləri təqdim edirik: