Elmar Məmmədyarovun oğlu 4,2 milyon dollara mənzilləri necə alıb?

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 31 yaşlı oğlu Emin Məmmədyarov nəğd pulla bir ayda Nyu-Yorkda 4,2 milyon dollara iki mənzil alıb. Nazirin oğlunun nə işlə məşğul olması barədə ətraflı məlumat yoxdur. Heç Xarici İşlər Nazirliyi də bu yöndə sualları şərh etmir.