'Əmək' ordeni də olacaq

SSRİ dövrünün əmək plakatı.

«Report» bildirir ki, «Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında» Qanuna dəyişiklik təklif olunub.

Dəyişikliyə əsasən, «Əmək» ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

«Əmək» ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda «Vətənə xidmətə görə» ordenindən sonra taxılır.

Sovet dövründə zavod və fabriklərdə, o cümlədən kənd təsərrüfatı sahələrində çalışan fəal işçilərə «Əmək qəhrəmanı» ordeni verilirdi.