Faiz dərəcələri artırılacaq

ABŞ Federal Ehtiyat Sisiteminin rəhbəri Janet Yellen, mart 2014

ABŞ Mərkəzi Bankı - Federal Ehtiyat Sistemi (FED) faiz dərəcəsini artıracaq.

Bu haqda FED-in rəhbəri Janet Yellen məlumat verib. Yellen deyib ki, martın 15-də baş tutacaq iclasda uçot dərəcəsi artırılacaq.

FED rəhbəri faizlərin mərhələli artırılacağını bildirib.

Fevralın 23-də FED uçot dərəcəsini yaxın müddətdə artıra biləcəyini bəyan etmişdi.

Ötən ilin dekabrın 14-də uçot dərəcəsini 0,5-0,75% artıran FED bu ilin yanvarında uçot dərəcəsini dəyişməyib.

FED-in növbəti toplantısı martın 14-15-də olacaq. Dünya iqtisadiyyatının ən önəmli aktyoru sayılan FED-in faiz artımı Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdən ötrü böyük əhəmiyyət daşıyır. Hər faiz artımı bu ölkələrin milli valyutalarında dəyər itkisinin davam etməsi deməkdir.