Harris Tim Uolzu vitse-prezidentliyə namizəd elan etdi

Kamala Harris və Tim Uolz

Qarşıdan gələn noyabr seçkilərində ABŞ prezidentliyinə demokratların namizədi Kamala Harris Minnesota ştatının qubernatoru Tim Uolzu vitse-prezidentliyə namizəd elan edib.

60 yaşlı Uolz keçmiş müəllimdir və bir neçə il Milli Qvardiyada xidmət edib. O 2018-ci ildə Minnesota qubernatoru seçilib.

Qeyd edilir ki, Uolz qadın hüquqları və iqlim dəyişikliyi ilə bağlı məsələlərın həllinə mütərəqqi yanaşması ilə seçilir.

Kamala Harris 5 noyanr seçkisində prezidentliyə namizədlik üçün Demokrat Partiyasından kifayət nümayəndədən dəstək alıb.

Onun rəsmi nominasiyanı avqustun 19-da açılacaq partiya qurultayında qəbul edəcəyi gözlənilir.

Harrisin qərargahının nümayəndəsi bildirib ki, o və vitse-prezident namizədliyinə seçdiyi şəxslə birlikdə 7 ştat boyunca tura çıxacaq.

Bu siyahıda birinci yerdə Pensilvaniya ştatıdır, həm respublikaçıların prezidentliyə namizədi Donald Tramp, həm də Harris seçki nəticələri üçün Pensilvaniyanı həlledici ştat hesab edirlər.