Dar ağacı

Mayın 19-da İran prezidenti İbrahim Rəisi helikopter qəzasına düşərək həlak olub. İ.Rəisini 1988-ci ildə minlərlə müxalifin edamına qərar verən komitədə yer aldığına görə rəqibləri "edam ayətullahı" adlandırırdı. Lakin öldüyü ana qədər o bu iddialara cavab verməyib.