Rohani: 'ABŞ-ın Suriyaya hücumu regiona təhlükə ola bilər'

İran prezidenti Hassan Rohani, 10 mart, Tehran


İran prezidenti Hassan Rohani ABŞ-a xəbərdarlıq edib. Bildirib ki, ABŞ-ın Bashar al-Assad rejiminə qarşı Suriyaya planlaşdırılan hərbi hücumu region üçün olduqca təhlükəli ola bilər.

Rohani bu haqda aprelin 10-da Tehran televiziyasında yayımlanan mətbuat konfransında danışıb.

Rohani Assad rejiminin Suriyadakı 6 illik müharibəsinin əsas dəstəkçisidir. O, bir neçə gün öncə Suriyada onlarla şəxsin ölümünə səbəb olan hücumun beynəlxalq səviyyədə araşdırılmasına çağırıb:

"Bu hardan gəlib? Bu nə olub? Bu necə baş verib?"

ABŞ SURİYANIN HƏRBİ BAZASINA RAKET ZƏRBƏLƏRİ ENDİRİB

Aprilin 7-də ABŞ-ın 2 hərbi gəmisindən Suriyanın hərbi bazalarına 59 raket zərbələri endirilib. ABŞ-ın Aralıq dənizindəki gəmilərindən atılan Tomahawk raketləri Suriyadakı hökumət hərbi bazalarından birini hədəfləyib. Amerika rəsmiləri inanırlar ki, Suriyaya kimyəvi silahlardan hücum bu bazadan həyata keçirilib. ABŞ, eləcə də digər Qərb dövlətləri iddia edirlər ki, Suriyada onlarla mülki vətəndaşın ölümünə səbəb olan kimyəvi silahdan hücumu Assad rejimi edib.

RİA Novosti-nin məlumatına görə, Almaniya kansleri Angela Merkellə Fransa prezidenti Francois Hollande Suriyadakı vəziyyətə görə cavabdehliyi birbaşa prezident Bashar Asadın üzərinə atıblar.

ABŞ-ın BirləşmişMillətlərdəki səfiri Nikki Haley bildirmişdi ki, "ABŞ daha artığına hazırlaşa bilər". Amma ümid edir ki, buna ehtiyac olmayacaq.
Rusiya prezidenti Vladimir Putin ABŞ-ın Suriyaya hava zərbəsini "suveren dövlətə təcavüz" sayır və bunun ABŞ-Rusiya münasibətlərinə, terrorçuluğa qarşı cəhdlərə zərbə vuracağını bildirir.

İran ABŞ-ın Suriyaya raket zərbəsini «dağıdıcı və təhlükəli» sayır, bunun Suriyada və regionda durumu qəlizləşdirəcəyini düşünür. Bu barədə İranın rəsmi IRNA agentliyi Xarici İşlər Nazirliyinin sözçüsünə istinadla xəbər verir.