Kaspersky-dən istifadəni qadağan etdilər

Kaspersky-nin Moskvadakı baş ofisi (Arxiv)

Britaniyanın dövlət idarələrinə "Kapersky laboratoruyası"nın antivirus proqramlarından istifadə etmək yasaqlanıb.

Qadağanı Milli Kibertəhlükəsizlik Mərkəzinin rəhbəri Kiaran Martin tətbiq edib.

Bu haqda Financial Times məlumat yayıb.

Dövlət idarələrinə göndərilən məktubda deyilir ki, Rusiya istehsalı olan bu antivirus proqramları risklidir.

Britaniyada güman edirlər ki, Rusiyanın təhlükəsizlik orqanlarının bu şirkətin proqramlarına çıxışı ola bilər.

"Kaspersky" təhlükəsizlik orqanları ilə bağlı olmadığını deyir. ​

Buna da bax: Kaspersky Lab haker kodunu ABŞ kompüterindən əldə etdiyini boynuna alıb