Kiyevdə su, elektrik təchizatı bərpa olunub

Kiyev, 31 oktyabr, 2022-ci il

Rusiyanın Ukraynada enerji obyektlərinə bir gün öncəki raket zərbələrindən sonra Kiyevə elektrik və su təchizatı bərpa olunub. Məlumatı Kiyevin meri Vitali Kliçko verib.

“Kiyevdə evlərə su təchizatı tam bərpa olunub”, – Kliçko noyabrın 1-də səhər Telegram-da yazıb. O, paytaxta elektrik verilişinin də bərpa edildiyini söyləyib.

Rusiya bir neçə həftədir Ukraynada enerji infrastrukturuna, mülki binalara raket, dron, artilleriya zərbələri endirir. Bu arada Ukrayna ölkənin şimal-şərqindən Rusiya qüvvələrini çıxararaq onları şərqə və cənub-şərqə sıxışdırır.

Buna da bax: Əliyev Ərdoğanı Soçi görüşü ilə bağlı məlumatlandırıb

55 raketdən 45-i vurulub

Prezident Volodimir Zelenski ötən gecə müraciətində deyib ki, Ukraynanın havadan müdafiə sistemləri yaxşı işləyərək hava məkanına atılan raketlərin çoxunu vurublar. Onun sözlərinə görə, ölkənin havadan müdafiə qabiliyyətini gücləndirmək prioritet olaraq qalır.

“Terrorçuların hədəfə aldığı obyektlərin çoxu xilas edilib. Təkcə bu səhər terrorçular bir kütləvi hücumda 55 qanadlı raketdən istifadə ediblər. Onların 45-i vurulub. Havadan müdafiəmizi gücləndirəcəyik”, – o vurğulayıb.

Buna da bax: Tinkov Rusiya vətəndaşlığından imtina edir

Zelenskinin sözlərinə görə, Rusiya raketlərinin hədəfə aldığı vilayətlərdə bərpa işləri davam edir.

Rusiyanın səkkiz aydan çoxdur davam edən işğalı hədəflərinə çata bilmir, məğlub olma perspektivi güclənir deyə, Kreml Ukrayna xalqının iradəsini qırmaq üçün onu terrorizə edir, Qərb və Ukrayna rəsmiləri belə deyirlər.

Rusiya bir neçə həftənin içində Ukraynanın enerji infrastrukturunun 40 faizindən çoxunu dağıdıb. Qış qabağı paytaxt Kiyevdə, digər yerlərdə elektrik təchizatında fasilələr yaranıb.

Buna da bax: Rusiyada payız çağırışçılarını müharibəyə aparmamaq vədi veriblər

Xersondan evakuasiya genişlənir

Ukraynanın şərqi Donetsk vilayətində, Baxmut şəhəri yaxınlığında qızğın döyüşlər gedir. Baş Qərargahın noyabrın 1-də yaydığı məlumatda deyilir ki, Rusiya Donetskdə 50-dən çox yaşayış məntəqəsinə zərbə endirib.

Rusiya həmçinin işğal etdiyi Xerson vilayətindən ukraynalıların məcburi evakuasiyasını genişləndirir. Xersona Rusiyanın təyin etdiyi başçı Vladimir Saldo oktyabrın 31-də deyib ki, daha yeddi rayondan sakinlər köçürüləcək.

Sizin brauzer HTML5-i dəstəkləmir

"Kənddə qəbir qazmağa gənc qalmayıb."

Üç gün öncə Rusiya rəsmiləri Xersondan evakuasiyanın başa çatdığını elan etmişdilər.

Ukrayna ordusu Rusiya əsgərlərinin Kaxovkada əhalisi köçürülmüş yaşayış məskənlərini minaladığını bildirib.