Azərbaycanda karantin ilin sonuna kimi uzadıldı

Sizin brauzer HTML5-i dəstəkləmir

Sərhədin bağlı qalması hava yolları şirkətlərini varlandırır

Azərbaycanda koronavirus (COVID-19) infeksiyası ilə bağlı tətbiq olunmuş xüsusi karantin rejimi yenidən uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar verib.

Karantin rejiminin müddəti 2023-cü il yanvarın 1-i, saat 06:00-dək uzadılıb. Bundan əvvəl bu müddət 2022-ci il noyabrın 1-nə kimi uzadılmışdı.

Azərbaycanda koronavirus səbəbindən karantin rejimi 2020-ci ilin martından tətbiq edilib. Bu ara müddəti dəfələrlə uzadılan karantin rejimi yoluxma sayından asılı olaraq zaman-zaman sərtləşdirilsə də, sonradan yenə yumşaldılıb. Hazırda yoluxma sayının kəskin azaldığı bildirilir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6.5 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda isə indiyə kimi 820-mindən çox insanin bu virusa yoluxduğu, onlardan 10 minə yaxın şəxsin vəfat etdiyi bildirilir.

Operativ Qərargahin məlumatına görə, oktyabrın 26-da 41 nəfərin koronavirusa yoluxduğu aşkarlanıb, həmin virusa yoluxanlardan da bir nəfər ölüb.