İldırım kosmosdan belə görünür [Video]

Sizin brauzer HTML5-i dəstəkləmir

İldırım kosmosdan belə görünür [Video]

NASA-nın astronavtı Randy Bresnik Çin, Koreya və Yaponiya üzərində çaxan ildırımın gözəl görüntülərini çəkə bilib.

Sürətləndirilmiş videogörüntülər Beynəlxalq Kosmik Stansiyadan çəkilib.

Videogörüntülərdə şəhərlərin işıqları, Yapon dənizindəki balıqçı gəmiləri də görünür.

Bresnikin iştirak etdiyi missiya iyulda kosmosa uçub. Missiya yekunlaşır və astronavtlar dekabrın 14-də Yerin səthinə enəcəklər.

Qazaxıstan - NASA astronavtı Randy Bresnik (sağda), Avropa astronavtı Paolo Nespoli (solda) və rus kosmonavtı Sergei Ryazansky (ortada), Baykonur kosmodromunda, 17 iyul, 2017

Buna da bax: İran kosmosa adam göndərmək planından vaz keçir – pulsuzluqdan