Ukraynada Leninin 1000 heykəli uçurulub

Vladimir Leninin Zaparojyedəki heykəli sökülür

►Ukraynda sovet simvollarına qarşı mübarizə davam edir

Baş nazirin müavini Vyacheslav Kirilenko "Ukrayna radiosu"nun efirində deyib ki, "2013-cü il dekabrın 8-də xalqın Rusiyanın Ukrayna üzərindəki imperiya əsarətinin rəmzi olan Lenin heykəlini uçurmasından bəri bütün ölkədə Leninin irili-xırdalı 1018 heykəli götürülüb."

Bundan başqa, digər sovet partiya xadimlərinə qoyulmuş 148 heykəl və monument də sökülüb.

Kirilenkonun sözlərinə görə, Ukrayna ərazisində Leninin hələ bir o qədər, yəni mindən artıq heykəli qalmaqdadır.

2015-ci ilin yazında Ukraynada dekommunizasiya haqqında qanun qəbul edilib. Qanunda kommunist rəhbərlərinə qoyulmuş heykəllərin uçurulması da nəzərdə tutulur.

Bu ilin martında Ukraynanın cənubundakı Zaporojye şəhərində Leninin ölkədəki ən böyük heykəli uçurulub.

Bundan başqa Ukraynada kommunist inqilabçılarının və sovet xadimlərinin adlarını daşıyan küçə, şəhər və rayonların da adları dəyişdirilir.

Buna da bax: Minskdə Leninin heykəli ucaldılır