Sürücü: İqtisadi böhrandan sonra az qala hamı taksi sürür

Sizin brauzer HTML5-i dəstəkləmir

Ramin Manaflı 3 yerdə işləyir. Həm orta məktəbdə müəllimdir, həm taksi sürücülüyü edir, həm də telefon aksesuarları satır. Deyir ki, indiki zəmanədə ailəni dolandırmağın başqa yolu yoxdu. Sağlığına ziyan olsa da öz dilə ilə desək "özünü dağa, daşa çırpır ki, ailəsinə çörək pulu apara bilsin".