'Meduza': Kreml yenidən Kiyevə hücumu müzakirə edir

Ukrayna, Liman şəhərinin şimalında artilleriya atəş mövqeləri, peyk görüntüsü

“Meduza” nəşri Rusiya hökumətindəki mənbələrə istinadən iddia edir ki, Kreml Donbassdakı uğurlardan ilhamlanaraq yenidən Kiyevə mümkün hücumdan danışır. Nəşrin həmsöhbətlərinin dediyinə görə “minimum proqram” kimi Luqansk və Donetsk vilayətlərinin ələ keçirilməsi nəzərdə tutulur, lakin “maksimum proqram”, Kiyevə hücum yenidən müzakirə mövzusuna çevrilib.

Eyni zamanda, mənbələr bildirirlər ki, Kreml səfərbərlik etmədən bunu etmək niyyətindədir. Rusiya hakimiyyəti uzun sürən müharibə fonunda Qərbin Ukraynaya dəstəyini zəiflədə biləcəyini təklif edir.

Rusiya fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb. Amma Moskva qonşu ölkəyə təcavüzü "xüsusi əməliyyat" adlandırır, bunun əksini deyənlər, o cümlədən rəsmi məlumatlardan fərqli məlumatlar verənlər qanunla cəzalandırılır.

Buna da bax: Ukraynada müharibə nə vaxt və necə qurtaracaq? - Qərb mediası