Ölkə şagirdlərinin 40 faizi Abşeron yarımadasında təhsil alır

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəb tıxacları: 'Bəzi valideynlər, az qalır, maşını partanın yanına sürsün'

Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda təhsil sektoruna dair əsas göstəriciləri açıqlayıb. Rəsmi rəqəmlərdən aydın olur ki, 2021-2022-ci il təhsil ilində Azərbaycanda 4 min 394 dövlət məktəbi fəaliyyət göstərib. Ölkədəki məktəblərin 3 min 305-i (75 faizi) 11 illik, 769-u (18 faizi) 9 illik, 304-ü (7 faizi) 4 illikdir. Dövlət məktəblərinin 115-i lisey və gimnaziyalardır. Dövlət məktəbləri ilə yanaşı, ölkədə 320 özəl məktəb var. Diqqətçəkən məqamlardan biri odur ki, ölkədə Abşeron yarımadasından (Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu) başqa tək özəl məktəb Biləsuvardadır.

Şagirdlərin 40 faizi eyni regionda təhsil alır

DSK-nın açıqladığı göstəricilər ölkədəki demoqrafiq durumla bağlı alternativ təsəvvür yaradır. Rəsmi rəqəmlərə görə, dövlət gündüz ümumtəhsil məktəblərində 1 milyon 674 min şagird təhsil alır. Onlardan 506 mini Bakıdakı dövlət məktəblərində oxuyur. Ölkənin özəl məktəblərində 16 min 859 şagird təhsil alır. Onların 15 min 51 nəfəri, yəni özəl məktəblərdə təhsil alanların 90 faizi – 1 milyon paytaxt Bakının payına düşür. Bütövlükdə ölkədəki 1 milyon 690 min şagirdin 521 min nəfəri Bakıda məktəbə gedir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Məktəblərdə sıxlıq, bir sinifdə 40 şagird: 'Ev tapşırıqları hər gün yoxlanılmır'

Paytaxt Bakının gerçək sakin sayı da tez-tez müzakirə mövzusuna çevrilir. Rəsmi rəqəmlərə görə, şəhərin əhalisi təxminən 2 milyon 300 min nəfərdir, yəni ölkə əhalisinin təxminən 23 faizidir. Müstəqil ekspertlər reallıqda bu rəqəmin daha yüksək olmasını, regionlardakı insanların iş və digər sosial-iqtisadi problemlərə görə paytaxta gəldiyini bildirir. Təhsillə bağlı rəqəmlər də bu fikri təsdiqləyir. Yuxarıdakı rəqəmlərdən aydın olur ki, rəsmi rəqəmlərə görə, əhalinin təxminən 23 faizi Bakıda yaşasa da, ölkədəki şagirdlərin 31 faizə qədəri Bakıda təhsil alır.

Bakı ilə yanaşı, paytaxta yaxın Sumqayıt şəhərində və Abşeron yarımadasında da daxili miqrasiya önəmli yer tutur. Rəsmi rəqəmlərə görə, Sumqayıt şəhərinin əhalisi 350 min nəfərə, Abşeron rayonunun rəsmi əhalisi isə təxminən 215 min nəfərə yaxındır. Başqa deyimlə, ölkə əhalisinin təxminən 3.5 faizi Sumqayıtda, 2.2 faizi Abşeron rayonunda yaşayır. Şagirdlərinsə, uyğun olaraq, 3.6 faizi və 4.3 faizi adıçəkilən ərazilərdə təhsil alır. Sumqayıtda təhsil alan şagird sayı oradakı əhalinin ölkə əhalisi arasındakı payına yaxın olsa da, Abşeron rayonda bu göstərici iki dəfə yüksəkdir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qaradağ rayonunda qəsəbə sakinləri məktəb tələbi ilə aksiya keçiriblər

Beləliklə, rəsmi rəqəmlərə görə, ölkə əhalisinin təxminən 30 faizə yaxını Abşeron yarımadasında yaşasa da, ölkədəki şagirdlərin 40 faizə yaxını bu ərazidə təhsil almaqdadır. Bu baxımdan, məlum olur ki, ölkənin coğrafi olaraq 5 faizindən az hissəsi olan Abşeron yarımadasında ölkə əhalisinin təxminən 40 faizi yaşayır. Həmin göstərici Azərbaycanda regionlar arasında ciddi iqtisadi bərabərsizliyi və bu bərabərsizliyin əhalinin həyatına təsirlərini üzə çıxarır.

Abşeron məktəblərində yer yoxdur

Abşeron rayonu həm də məktəblərdəki sıxlığın yüksək olması ilə seçilir. Ölkədəki şagirdlərin toplamda 20 faizi ikinci və üçüncü növbələrdə təhsil alsa da, Abşeron rayonundakı məktəblərdə bu göstərici 50 faizə yaxındır. Şagirdlərin tən yarısı ikinci və ya üçüncü növbədə təhsil alır. Bir müddət öncə Abşeron rayon icra hakimi də Xırdalan şəhərindəki məktəblərdə yaranmış durumla bağlı maraqlı açıqlamalar vermişdi. Bu açıqlamaya görə, hazırda 2 min nəfər şagird tutumu olan Xırdalan şəhər 1 saylı tam orta məktəbində 6 min 92 şagird, 1 min 380 nəfər şagird tutumu olan Xırdalan şəhər 2 nömrəli tam orta məktəbində 6 min 177 şagird, 960 nəfər şagird tutumu olan Xırdalan şəhər 5 nömrəli tam orta məktəbində 3 min 279 şagird, 640 nəfər şagird tutumu olan Saray qəsəbə 2 nömrəli tam orta məktəbində isə 2 min 24 şagird təhsil alır.

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda vaqon-məktəb varmış...

Naxçıvanda əhali rəsmi rəqəmlərdən iki dəfə azdır?

Əhalinin real sayına dair eyni hesablamanı Naxçıvan Muxtar Respublikası ilə bağlı göstəricilərə tətbiq edərkən də maraqlı sonuclar alınır. DSK-nın göstəricilərinə görə, muxtar respublikada 460 min nəfərə yaxın əhali yaşayır. Bu, ölkə əhalisinin təxminən 4.6 faizinin muxtar respublikada yaşaması deməkdir. Ancaq təhsillə bağlı göstəricilərdən aydın olur ki, 1 milyon 690 min şagirdin cəmi 53 min 370 nəfəri - bütün şagirdlərin cəmi 3.2 faizi Naxçıvanda oxuyur. Bu baxımdan, oradakı insanların gerçək sayının rəsmi rəqəmlərlə müqayisədə 40 faizə yaxın az olmasını düşünmək yanlış sayılmaz.