Molla Pənah Vaqifin yubileyi qeyd olunacaq

Molla Pənah Vaqif

Şair Molla Pənah Vaqifin 300 illik yubileyi qeyd olunacaq.

Prezident İlham Əliyev yanvarın 12-də bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda nəzərdə tutulur ki, yubileylə bağlı tədbirlər planını hazırlanmalı, həyata keçirilməlidir.

Buna da bax:​ Axundzadənin naməlum həyatı - İki evliliyi, bədbəxt ailəsi, repressiya olunmuş nəvəsi

Fərmanın icrası mədəniyyət və turizm və təhsil nazirliklərinə, eləcə də Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinə həvalə edilib.

Molla Pənah Vaqif 1717-ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində doğulub. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olub.

Ən çox “Görmədim” müxəmməsi ilə xatırlanan şair 1797 ildə vəfat edib.