743 müəllimin əmək müqaviləsinə xitam verilib

Sizin brauzer HTML5-i dəstəkləmir

Müəllimlər imtahana etiraz edir: 'Sertifikasiya əzbərçilikdən başqa bir şey deyil' (2022)

Təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimin əmək müqaviləsinə xitam verilib.

Bu barədə bu gün, sentyabrın 4-də Elm və Təhsil Nazirliyindən bildirilib.

Nazirliyin açıqlamasına görə, 2022-ci ildə sertifikatlaşdırma prosesində keçid balını toplamayan müəllimlər üçün bu il avqustun 29-da təkrar imtahan təşkil olunub: "İmtahanın ilkin mərhələsindən keçməyən 743 müəllimdən (iştirakçıların 6 faizi) 606 nəfəri təkrar imtahanda minimum keçid balını toplamayıb, 137 nəfəri isə imtahanda iştirak etməyib".

Əlavə edilib ki, Əmək Məcəlləsinə uyğun olaraq, həmin müəllimlərin əmək müqaviləsinə sentyabrın 4-dən xitam verilməsinə başlanılıb.

Təkrar sertifikatlaşdırma imtahanında ümumilikdə 1 min 939 müəllim iştirak edib.

Rəsmi açıqlamaya təkrar sertifikatlaşdırmadan keçməyən müəllimlərin münasibətini öyrənmək mümkün olmayıb.

Azərbaycanda sertifikatlaşdırma ötən il ilk dəfə keçirilib. O, iki mərhələdən (test və müsahibə mərhələsi) ibarətdir. Bu prosesdən keçən müəllimlərin maaşlarına 10-35 faiz əlavələr olunduğu bildirilib.