9 müflis bankın işi məhkəməyə verilib

Müflis elan olunan banklardan biri "Zaminbank"

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) 9 müflis olmuş bankın ləğvilə bağlı müfəssəl plan hazırlayıb. Ləğv planları uyğun məhkəmə instansiyalarına təqdim olunub.

Müfəssəl ləğv planları bankın aktivlərini və passivlərini göstərən maliyyə hesabatını, bankın keçmiş və proqnozlaşdırılan gəlirləri və xərcləri haqqında rüblük hesabatları, bankın tələblərinin ödənilməsinə yönəldilən məhkəmə və məhkəmədənkənar hərəkətlər haqqında hesabatı və s. məlumatları özündə əks etdirir.

2016-cı ilin yanvar-sentyabar aylarında ölkədəki44 bankdan 12-sinin lisenziyası ləğv edilib. Bu banklardan 9-u - “Atrabank” ASC, “Kredobank” ASC, “Bank of Azerbaijan” ASC, “Qafqaz İnkişaf Bankı” ASC, “Texnikabank” ASC, “Zaminbank” ASC, “Royal Bank” ASC, “Gəncəbank” ASC, “Bank Standard” KB QSC ilə bağlı müfəssəl ləğv planı hazırlanıb.