Navalnı 'Azadlıq cəngavəri' mükafatına layiq görülüb

Portuqaliya, bir nümayişçi Belarus Mədəniyyət Evinin siyasi məhbuslara azadlıq tələbi ilə keçirdiyi aksiyada Aleksey Navalnının şəklini tutub, 6 mart 2021

Rusiyanın müxalif siyasətçi və hazırda həbsdə olan Aleksey Navalnı Polşanın "Azadlıq Cəngavəri" mükafatına layiq görülüb.

Bu mükafat 2005 -ci ildən etibarən nüfuzlu Polşa Kazimierz Puławski Vəqfi tərəfindən bütün dünyada demokratiya, azadlıq və bərabərliyin təbliğində əhəmiyyətli töhfə verən insanlara verilir.

Navalnıdan başqa Polşanın keçmiş prezidenti Lex Walesa, NATO -nun keçmiş baş katibi Javier Solana, BMT -nin İnsan Hüquqları üzrə Ali Komissarı Mary Robinson və Baltikyanı ölkələrin başçıları fərqli illərdə bu mükafata layiq görülüblər.

Navalnıdan əvvəl Rusiyadan bu mükafat Mixail Xodorkovskiyə verilib.

Mükafatlandırma mərasiminin oktyabrın 5 -də Varşavada keçirilməsi planlaşdırılır. Navalnı həbsdə olduğu üçün sözügedən mükafatı onun tərəfdarları Leonid Volkov və Vladimir Milov götürəcək.

Buna da bax: Amnesty International 200 minlik imza ilə Kremldən Navalnının azadlığını tələb edir