Ön cəbhə

Prezident İlham Əliyev iyunun 6-da TÜRKPA nümayəndə heyətini qəbul edərkən Macarıstan lideri Viktor Orbanı dəstəkləyən ifadələr dilə gətirib. O, Avropa İttifaqında (Aİ) müstəmləkəçilik siyasətinin davam etdiyini, Macarıstanın isə ona qarşı mübarizənin ön cəbhəsində olduğunu deyib. V.Orban Aİ-də fərqli baxışları ilə seçilir.