Bu il Özbəkistana 300 mindən çox rusiyalı gəlib

Səmərqənddə turistlər

Özbəkistan dövlət statistika komitəsinin məlumatına görə bu ilin 8 ayı ərzində ölkəyə gələn rusiyalıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur

Özbəkistanın Daxili İşlər Nazirliyi bu il ölkəyə gəlmiş rusiyalıların sayı barədə rəqəmləri açıqlayıb.

Bu rəqəmlərə görə bu ilin yanvarından sentyabrın sonunadək Özbəkistana 318 min 156 Rusiya vətəndaşı daxil olub.

Bunların böyük əksəriyyəti Özbəkistana iyul-sentyabr aylarında gələnlərdir.

Buna da bax: Azərbaycanda Ukrayna vətəndaşları 3 aydan çox qala bilər

Nazirlik xatırladır ki, ölkəyə Rusiyadan gələnlərin sayı daha çoxdur, çünki statistikada oktyabr ayı əksini tapmayıb.

Özbəkistan dövlət statistika komitəsinin məlumatına görə bu ilin 8 ayı ərzində ölkəyə gələn rusiyalıların sayı ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Buna da bax: Şoyqu Putinə ‘qismən səfərbərliyin’ başa çatdığını deyib

Rusiyalılar üçün cəlbedici ölkələr

Özbəkistan DİN ölkəyə nə qədər rusiyalının burada qalmaq məqsədilə gəldiyini açqılamayıb.

Özbəkistanın öz əhalisi 2022-ci ilin ortalarına olan məlumata görə 35.5 milyon nəfərdir.

Forbes jurnalının oktyabrda verdiyi məlumata görə Ukraynada müharibə başlanandan bəri Rusiyanı ən azı 700 min nəfər tərk edib.

Buna da bax: Almaniya prezidenti Putinin ‘imperiya divanəliyindən’ danışdı

Rusiya ilə vizasız gediş-gəliş rejimi olan ölkələrdən rusiyalılar üçün ən cəlbediciləri Gürcüstan, Ermənistan və Qazaxıstandır.

Lakin Rusiyanın şərq regionlarından Özbəkistan və Monqolustana gedənlərin sayı daha çoxdur.