Putin öz ölkəsində casusluqda ittiham olunan bolqara orden verdi

Vladimir Putin (solda) və Nikolai Malinov

Rusiya prezidenti Vladimir Putin öz ölkəsində casusluqda ittiham olunan bolqarı Xalqlar Dostluğu dövlət ordeni ilə təltif edib.

Təltif mərasimi noyabrın 4-də Moskvada keçirilirdi. Bundan bir neçə gün əvvəl Bolqarıstan hakimi Nikolai Malinova ölkəni beş gün müddətinə tərk etmək icazəsi vermişdi.

Bolqarıstan Sosialist Partiyasından keçmiş millət vəkili Malinov sentyabrda Rusiyanın iki təşkialtı üçün casusluqda və çirkli pulların yuyulmasında ittiham edilib.

Malinov Bolqarıstanda rusiyayönlü QHT-nin sədridir.

Buna da bax: Bolqarıstan keçmiş millət vəkilini Rusiyaya casusluqda ittiham edir

Bolqarıstan prokurorları deyirlər ki, Malinov Rusiyadakı İkibaşlı Qartal Cəmiyyəti və Rusiya Strateji Tədqiqatlar İnstitutu üçün işləyib.

Bu təşkilatlar Sofiyanın Qərbə və Rusiyaya münasibətdə xarici siyasətini təsirləndirməyə çalışır.

Malinov sentyabr ayında zəmanət pulu ödədikdən sonra zaminə buraxılıb, lakin ona ölkəni tərk etmək qadağan olunub.

Amma Xüsusi Cinayətlər Məhkəməsinin hakimi Andon Mitalov Malinova noyabrın 1-dən 5-dək ölkəni tərk etmək icazəsi verib.