Qarabağ 3:0 hesabıyla qalib oldu

Qarabağ futbol klubu, 11 dekabr 2014

Bu gün, aprelin 16-sı Azərbaycan Premyer Liqasının XXVI turunda "Qarabağ" klubu səfərdə Bakının "İnter" klubunu 3:0 hesabı ilə məğlub edib.

Bununla da “Qarabağ” klubu mövsümün sonuna 2 tur qalmış, turnir cədvəlində ən yaxın izləyicisi "Qəbələ"ni 7 xal qabaqlayaraq, çempionluğunu rəsmiləşdirib.

“Qarabağ” klubu futbol üzrə Azərbaycan çempionatında son 4 mövsümün (2013-14, 2014-15, 2015-16 və 2016-17) qalibidir.

Bu klub bu il də Azərbaycanı UEFA çempionlar liqasında təmsil edəcək.