'Zəng edirsən ki, o işığı ayır, millət qırıldı...' - Bu kənddəki elektrik xətləri təhlükə mənbəyidir

Sizin brauzer HTML5-i dəstəkləmir

Gülcahan Qarayevanın yaşadığı Cəlilabadın Soyuqbulaq kəndindəki elektrik dirəkləri əyilmiş quru ağaclardır. Yağış yağanda, su dəyəndə cərəyan keçirməsin deyə, ya rezin başmaq tayı, ya da plastik parçalarla üstü bağlanıb.