Rusiya-Ermənistan hərbi birləşməsi doğrudanmı kağız üzərində bir şeydir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Rusiya ilə Ermənistanın birləşmiş qoşun qruplaşmasının yaradılması, prezident qızının milyardları və başqa mövzular bugünkü A-Live-da...

Rusiya ilə Ermənistanın birləşmiş qoşun qruplaşmasının yaradılması üçün sənədlər hər iki tərəfdən tam təsdiqlənib başa çatdı və artıq planın icrasına başlanır.

Bəs, bu Azərbaycan və Rusiya münasibətlərinə necə təsir göstərəcək?

Rəsmi Bakı mümkün təsirlərdən sığortalanmaq üçün nə edə bilər?

Razılaşmaya görə yeni qruplaşma Rusiya və Ermənistanın quru və hava sərhədlərini qoruyacaq. Saziş 5 illikdir, amma onun bitməsinə 6 ay qalanadək tərəflərin hər hansı birinin narazılığı olmasa razılaşma avtomatik daha 5 illiyə uzanacaq.

Buna da bax:​ Ermənistan Rusiya ilə növbəti hərbi kredit danışığı aparır

Hələlik bununla bağlı Bakıdan hər hansı rəsmi açıqlama olmayıb. Xarici İşlər Nazirliyinə gün ərzində telefon zənglərimizə cavab verən olmadı.

Millət vəkili, politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə ordusunu gücləndirir.

Rasim Musabəyovun fikrincə, yeni Rusiya-Ermənistan hərbi birləşməsi yalnız kağız üzərində olan bir addımdır:

Rasim Musabəyov

“Reallıqda hərbi cəhətdən bir dəyişiklik yoxdur. Əvvəllər də Rusiyanın hərbi bazası Ermənistanda olub. Müharibə başlamayınca, Rusiyanın hər hansı dəstək göstərmək hüququ da yoxdur”.

Buna da bax:​ Ermənistan XİN-i: “İsrail Ermənistana da silah satmağa hazırdır”

Rasim Musabəyov əlavə edir ki, Rusiya nəhəng dövlətdir Azərbaycan ona nəyi, necə etməyi deyə bilməz. Amma Azərbaycanın Türkiyə kimi müttəfiqi var. Zaman-zaman Türkiyə ilə birgə hərbi təlimlər keçirilir.

Yeri gəlmişkən iyunun 30-dan NATO Gürcüstanda hərbi təlimlərə başlayıb. Bu təlimlərdə Azərbaycan ordusunun da iştirakı barədə öncədən xəbər verilsə də sonradan məlum oldu ki, Azərbaycan bu tədbirə qatılmır. Gürcüstanda NATO təlimlərində Ermənistan da iştirak edir.

Hələlik bu təlimlərə qatılmamaq qərarına da Bakıdan hər hansı rəsmi izah səslənməyib.

Buna da bax:​ Azərbaycan NATO təlimlərinə niyə getmir

Real Alternativ Vətəndaş Hərəkatının siyasi məsələlər üzrə katibi Azər Qasımlı düşünür ki, belə bir birliyin yaradılması Rusiya-Azərbaycan münasibətlərinə mənfi təsir edəcək:

Azər Qasımlı

“Düşünürəm ki, Azərbaycan yürütdüyü balans siyasətini dəyişmək məcburiyyətində qalacaq. Və ya siyasətində ciddi korrektələr etməli olacaq. Bunun da təbii ki, daxili siyasətə, o cümlədən də Qarabağ Münaqişəsinin bundan sonra da daha da uzanmasına xidmət edəcək”.

Azər Qasımlı hesab edir ki, Azərbaycana belə durumda strateji müttəfiqlər lazımdır. Lakin Azərbaycanın yalnış siyasəti nəticəsində müttəfiq yoxdur. Onun fikrincə, Azərbaycan demokratiya və söz azadlığı ilə bağlı beynəlxalq öhdəliklərini icra etmir, Avropa Birliyi ilə Assosiasiya sazişini imzalamayıb, NATO ilə əməkdaşlığı dondurmaqla Qərbi itirib. O ki, qaldı Türkiyəyə – Azər Qasımlının fikrincə, Azərbaycanın Türkiyə ilə münasibətləri yaxşıdır, lakin bu strateji müttəfiq olmaq anlamına gəlmir.

Buna da bax: 'Bakı və Yeravan Kremlin qurduğu 'qəfəs'dən kənara çıxa bilməz' - Şərhlər

Bakıda bir neçə vətəndaşdan soruşmuşuq ki, Rusiya ilə Ermənistan arasında yeni hərbi birliyin yaradılması barədə onlar nələr düşünürlər:

Sizin brauzer HTML5-i dəstəkləmir

Yeni Rusiya-Ermənistan hərbi birliyi haqda Bakıda eşidilənlər [video-sorğu]

Azərbaycanın real strateji müttəfiqləri barədə təhlilçilər arasında da fikir ayrılıqları var. Real Hərəkatından Azər Qasımlı düşünür ki, ümumiyyətlə Azərbaycanın strateji müttəfiqləri haqda ciddi düşünməlidir. Çünki strateji müttəfiqin olmaması bir çox sahələrdə təhlükələrə gətirib çıxara bilər.