Rusiya Ermənistana nota verdi

Surmalu partlayışdan sonra, 17 avqust, 2022-ci il

Avqustun 14-də “Surmalu”dakı partlayış və yanğında 16 nəfər həlak olub, azı 60 nəfər xəsarət alıb

Avqustun 17-də Ermənistandakı Rusiya səfirliyi məlumat yayaraq “Surmalu” ticarət mərkəzində faciəyə Rusiya strukturlarının bağlı olmasına dair yerli informasiya məkanında yayılan məlumatlardan hiddətini bildirib.

Avqustun 14-də “Surmalu”dakı partlayış və yanğında 16 nəfər həlak olub, azı 60 nəfər xəsarət alıb.

Bəyanatda Rusiya strukturlarının ünvanına hörmətsiz və yalan ittihamlar səsləndiyi vurğulanır.

Buna da bax: Yerevanda partlayışda ölənlərin sayı 16-ya çatıb

Konkret bəyanat, yaxud onun müəlliflərini göstərməyən diplomatik missiya bildirir ki, bunu “belə iftiraların arxasında duran siyasi qüvvələrin, Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinə zərbə vurmağı həfəfləyən birbaşa provokasiyası” hesab edir.

Səfirlik Ermənistan hökumətindən “oxşar qeyri-dost hərəkətlərin aradan qaldırılması üçün addımlar atmasını, o cümlədən gərəkən ictimai şərhlərin verilməsini gözləyir”. Notanın Ermənistan Xarici İşlər Nazirliyinə göndərildiyi qeyd edilir.

Məlumatda o da vurğulanır ki, Rusiya tərəfi, Rusiya-Ermənistan Humanitar Reaksiya Mərkəzinin timsalında ilk dəqiqələrdən faciənin nəticələrinin aradan qaldırılması işinə cəlb olunub.

Ticarət mərkəzindəki partlayışda 2 nəfərin itkin düşdüyü bildirilir.