Rusiya Ukraynada 'sülh'ün 6 şərtini açıqlayıb

Mixail Qaluzin arxiv foto

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ukrayna ilə müharibəyə son qoymaq üçün ən azı altı şərt sadalayıb.

Həmin şərtlərdən biri odur ki, Ukrayna “döyüş əməliyyatlarını dayandırmalıdır”. Nazir müavini şərtlər barədə Rusiyanın TASS informasiya agentliyinə müsahibəsində deyib.

Qaluzinin fikrincə, münaqişənin "tənzimləməsi"nə müqavimətdən geri çəkilmək üçün Ukrayna Qərbdən silah göndərilməsindən imtina etməlidir.

“Hərtərəfli, ədalətli və davamlı” sülhə nail olmaq üçün Ukrayna NATO və Avropa İttifaqına qoşulmaqdan imtina etməli, “yeni ərazi reallıqlarını” tanımalı, rus dilini dövlət dili kimi tanımalı və əsas insan hüquqlarına, o cümlədən inanc azadlıq hüququna hörmət etməlidir.

Buna da bax: Putin Belarusda nüvə silahı yerləşdirir, Tokayev ‘aydınlıq’ istəyir

Ukrayna prezidenti Vladimir Zelenski dəfələrlə bildirib ki, müharibəni dayandırmaq üçün yeganə şərt Rusiya qoşunlarının Ukraynadan çıxarılmasıdır.

Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya hücum edib.

BMT-nin məlumatına görə, 2023-cü il may ayının sonuna hərbi əməliyyatlar nəticəsində 8895 dinc sakin həlak olub, 15117 nəfər isə yaralanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Ukrayna əsgərləri son 2 gündə 60-a yaxın İran dronunu məhv edib

Kiyev İqtisadiyyat Məktəbinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri ölkədə 150 mindən çox ev, 25 min kilometrdən çox yol, 344 körpü, bir neçə min uşaq bağçası, məktəblər, xəstəxanalar və muzeylər dağıdılıb və ya zədələnib.

Məlumatda həmçinini 200 000-dən çox şəxsi avtomobil və 16 000-dən çox ictimai nəqliyyat vasitəsinin tam sıradan çıxdığı və ya zədələndiyi vurğulanır. Hesabatda ümumi zərərin 144 milyard dollar olduğu bildirilir.