Müstəqil siyasət

Azərbaycanın quru sərhədlərində gediş-gəliş dörd ildir məhdudlaşdırılıb. Bu, koronavirus pandemiyası ilə izah edilib. Amma pandemiyanın başa çatdığı bütün dünyada hələ ötən il elan edilsə də, Bakı, hələlik, məhdudiyyəti saxlayır. Azərbaycan rəsmiləri quru sərhədlərinin bağlı qalmasını indi də təhlükəsizlik qayğıları ilə əlaqələndirirlər.