Sərhəddə atışma: ölənlər, yaralananlar var

Azərbaycan əsgəri

Ermənistan iki hərbçisinin həlak olduğunu bildirir. Ermənistan Müdafiə Nazirliyinin (EMN) vurğulamasına görə, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin Sotk rayonu istiqamətində yerləşən mövqelərini atəşə tutması nəticəsində iki hərbçiləri həlak olub, biri isə yaralanıb.

EMN-in açıqlamasına görə, Sotk rayonu ərazisində yerləşən mövqeləri istiqamətində Azərbaycan Silahlı Qüvvələri müxtəlif çaplı atıcı silahlarla yanaşı, minaatanlardan da istifadə edir.

Azərbaycan üç hərbçisinin yaralandığını deyir

Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 1-də habelə bildirib ki, Ermənistan silahlı qüvvələrinin bölmələri onların Kəlbəcər rayonu ərazisində yerləşən mövqelərinə qarşı zərbə PUA-sı (pilotsuz uçuş aparatı) tətbiq edib.

Məlumata görə, nəticədə daha iki hərbi qulluqçuları yaralanıb.

Nazirlikdən vurğulanıb ki, hazırda qeyd olunan istiqamətdə Azərbaycan ordusu cavab tədbirləri görür.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

+++

Azərbaycan Müdafiə Nazirliyi (AMN) sentyabrın 1-i səhər saatlarında hərbi qulluqçusunun yaralandığını bildirib.

Nazirliyin məlumatına görə, Ermənistan silahlı qüvvələri bölmələrinin Vardenis rayonunun Sotk yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan ordusunun hərbi qulluqçusu yaralanıb.

"Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür", - məlumatda vurğulanır.

Sizin brauzer HTML5-i dəstəkləmir

'Sərhəddə Azərbaycan ordusunun bizi hədəfə aldığını hiss etmədik'

Xatırlatma

Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında müxtəlif illərdə döyüşlərə səbəb olub. 1994-cü il atəşkəs razılaşmasına qədər Azərbaycan Qarabağ bölgəsi və ətraf 7 rayona nəzarəti itirib. Amma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin birgə razılaşması ilə Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Bununla belə, vaxtaşırı istər Qarabağdan, istərsə də iki ölkənin sərhədindən atəşkəs pozuntusuna aid məlumatlar gəlir. Tərəflər buna görə, bir qayda olaraq, bir-birlərini günahlandırırlar.