Siemens Rusiyadan gedir

"Lastoçka" elektrik qatarları

Siemens Rusiyada məişət cihazları və elektronika məhsulları istehsal edirdi

Almaniyanın Siemens AG sənaye və texnologiya şirkəti Moskvanın Ukraynaya səbəbsiz hücumuna görə Rusiya bazarında əməliyyatları tamamilə dayandıracağını açıqlayıb. Bu, beynəlxalq sanksiyalar altında əzilən Rusiya iqtisadiyyatına daha bir zərbədir.

Transmilli şirkət mayın 12-də bəyanatında bildirib ki, Rusiyada “sənaye əməliyyatlarını və biznes fəaliyyətini bütünlükdə dayandırmaq prosedurlarına başlayıb”.

Buna da bax: Keçmiş nazir həbsdən buraxılıb

“Ukraynadakı müharibəni pisləyirik və Rusiyada sənaye biznes fəaliyyətimizi nizamlı şəkildə tədricən sona çatdırmaq qərarı vermişik. İşçilərimizin qayğısına qalmaq öhdəliyimizi və 170 ilə yaxın işlədiyimiz bazarda müştərilərlə uzunmüddətli münasibətlərimizi nəzərə alanda, bu, asan qərar olmadı”, – şirkətin prezidenti və baş icraçı direktoru Ronald Buş deyib. O, əlavə edib ki, “həmkarlarımıza və Ukrayna xalqına humanitar yardım göstəririk, beynəlxalq ictimaiyyətin sülh çağırışlarına qoşuluruq”.

Sizin brauzer HTML5-i dəstəkləmir

Türkiyənin gəmiçilik şirkətləri müharibəyə görə bağlana bilər

Siemens-in Rusiyadakı fəaliyyəti

Rusiya fevralın 24-də Ukraynaya hücuma başlayandan dünyanın yüzlərlə şirkəti Rusiyada əməliyyatları dayandırıb, yaxud ölkədən tamamilə gedib. Siemens Rusiyada və Kremlin müharibəsini dəstəkləyən Belarusda yeni biznes açmağı dayandırmışdı.

Buna da bax: Milyarder Fərhad Əhmədovun yaxtası saxlanıb

Siemens Rusiyada məişət cihazları və elektronika məhsulları istehsal edirdi. Şirkət həmçinin “Ural Lokomotivləri” dəmiryolu şirkətilə birlikdə “Lastoçka” elektrik qatarları və yük lokomotivləri buraxırdı. Eyni amanda Rusiya istehsalı Sapsan yüksək sürətli elektrik ekspres qatarlarına texniki dəstək verirdi.

Siemens bildirib ki, Rusiyadakı biznes nizamlı şəkildə, tənzimləyici qaydalar və beynəlxalq sanksiyalara uyğun olaraq dayandırılacaq.