Tərlan Əhmədov 'Neftçi' yə baş məşqçi təyin olunub

Azərbaycan, N Neftchi-Partizan, UEFA-Avropa liqası play-off, Bakı, 28 avqust 2014

Futbol üzrə Azərbaycan çempionatının 4-cü turundan sonra "Neftçi” klubu baş məşqçi postuna yeni mütəxəssis gətirib. Klub bundan sonra yoluna Tərlan Əhmədov-la davam edəcək.

Bu haqda klubun mətbuat xidməti xəbər verir.

Məlumatda bildirilir ki, T.Əhmədovla mövsümün sonuna kimi müqavilə bağlanıb.

Sentyabrın 15-dəyeni baş məşqçinin rəsmi təqdimatı ilə bağlı mətbuat konfransı keçirilməlidir.

İndiyədək komandaya Elxan Abdullayev rəhbərlik edirdi. Çempionat “Neftçi”-yə uğurlu başlamamışdı. Komanda 4 oyuna cəmi bir xal qazana bilib. “Neftçi” həmin xalı “Kəpəz”lə ev oyununda qazanıb (0:0). Komanda 4 oyunda cəmi bir qol vurub, qapısında isə 5 top görmüşdü.Ancaq E.Abdullayevlə 2-ci turdan sonar yollar ayrılmışdı.

Tərlan Əhmədov 1989-1991, 1998-2002-ci illər ərzində "Neftçi”də çıxış edib, 117 oyunda 6 qol vurub. 1999-cu ildə ölkə kubokunun qalibi olub və Azərbaycanın ən yaxşı futbolçusu seçilib.

1992-2005-ci illər ərzində milli komandada 75 oyun keçirib. 45 yaşlı mütəxəssis 2011-2013-cü illərdə "Neftçi”dəikinci məşqçi vəzifəsində çalışıb. Həmin müddətdə “Neftçi” Azərbaycan çempionatının (2012, 2013) və kubokunun (2013) qalibi olub. Həmçinin, Azərbaycanın futbol tarixində ilk dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb (2012).Onda baş məşqçi isə Böyükağa Ağayev olub.

Bu gün, sentyabrın 11-də "Neftçi” həmçinin, yarımmüdafiəçi Rəşad Sadiqovu heyətinə qatıb. Onunla mövsümün sonunadək müqavilə bağlanıldığı bildirilir.