Türkiyə Avro-2016-nın final mərhələsinə çıxdı

Türkiyə qələbə qazandı, Azərbaycan uduzdu- [fotolar]

Beləliklə, A qrupundan final mərhələsinə birinci yerlə Çexiya, ikinci yerlə İslandiya, üçüncü yerlə Türkiyə çıxıb.

Türkiyə millisi 2016-cı il Avropa Futbol Çempionatının Fransada keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Bundan əvvəl Hollandiya komandası Çexiya millisinə məğlub olduqdan sonra finala çıxmaq şansını itirmişdi.

A qrupunda keçirilən Hollandiya-Çexiya matçında 2:3 hesabı qeydə alınıb.

Konyada keçirilən Türkiyə-İslandiya matçında isə türklər çətin qələbə qazanıblar. Yeganə qolu 89-cu dəqiqədə Selcuk İnan vurub.

Türklər 78-ci dəqiqədə Gökhan Tepeye göstərilən qırmızı kartdan sonra azlıqda oynayırdılar.

Həmin qrupda Qazaxıstan Latviyanı məğlub edib.

Beləliklə, final mərhələsinə birinci yerlə Çexiya, ikinci yerlə İslandiya, üçüncü yerlə Türkiyə çıxıb.