Türkiyədə partlayışda 9 nəfər xəsarət alıb

İstanbulda noyabrda partlayış olmuşdu

Türkiyədə polis əməkdaşlarını daşıyan maşın yoldan keçərkən bomba partlayıb, doqquz sərnişin xəsarət alıb.

Ölkənin cənub-şərqində kürdlərin yaşadığı Diyarbəkirdə hücumla əlaqədar iki nəfər saxlanıb. Açıqlamanı Daxili işlər naziri Süleyman Soylu verib.

Bomba mal-qara satılan bazar yaxınlığında saxlamış maşına qoyulub.

Səkkiz polis əməkdaşı və mülki şəxsin profilaktika üçün xəstəxanaya aparıldığı, ancaq onların vəziyyətinin ağır olmadığı bildirilir.

Buna da bax: İstanbulda partlayış olub, ölən və yaralananlar var

Hücuma görə məsuliyyəti götürən olmayıb. Keçmişdə regionda oxşar hücumların arxasında kürd yaraqlılar dayanıb. Türkiyədə islamçı və solçu ekstremistlər də partlayışlar gerçəkləşdiriblər.

Ötən ay İstanbulda partlayışda ikisi uşaq olmaqla altı nəfər öldürülüb. 80-dən çox adam yaralanıb.

Türkiyə həmin partlayışa görə Kürdüstan Fəhlə Partiyasını (PKK), bu qruplaşmaya bağlı Suriyadakı kürd qruplarını günahlandırıb. Kürd silahlı qrupları isə ittihamı rədd edib.

PKK-nın 1984-cü ildən Türkiyədə apardığı münaqişədə onminlərlə insan həlak olub. Türkiyə, ABŞ və Avropa İttifaqı PKK-nı terrorçu qrup sayır.