Türkmənistan prezidenti itlər haqqında kitab yazıb

Berdymukhamedov höumətin iclasında yeni kitabını göstərir, 13 sentyabr 2019

Türkmənistan prezidenti Gurbanguly Berdymukhammedov Orta Asiya çoban iti cinsi sayılan alabay haqqında yazdığı kitabı tamamladığını bəyan edib. O, yeni kitabı hökumətin iclasında nümayiş etdirib. Daha sonra itləri tərifləyən şerini oxuyub.

Gurbanguly Berdymukhamedov bu ilin mayında Ahalteke atçılıq təsərrüfatına baş çəkəndə itlər haqqında kitab yazmağa başladığını bildirmişdi.

Ölkənin rəsmi məlumatlarında qeyd olunur ki, 2007-ci ildə hakimiyyətə gələndən bəri Berdymukhammedov dərman bitkiləri, xalılar, atlar , itlər və s. mövzulara həsr olunan 50 kitab yazıb.