UEFA Çempionlar Liqasının finalı Parisdə keçiriləcək

UEFA-nın qərargahı

Görüşdə verilmiş qərara görə, UEFA yarışlarına qatılan Rusiya və Ukrayna klub və yığma komandaları əlavə bilgi verilənə qədər neytral meydançalarda oynayacaqlar

Çempionlar Liqasının final oyunu mayda Parisdə keçiriləcək. Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə final Sankt Peterburq şəhərindən alınıb. Açıqlamanı fevralın 25-də UEFA yayıb.

Rusiya qüvvələri Ukraynaya girəndən 36 saat keçməmiş Avropa futbol qurumunun icraiyyə komitəsi tələsik iclas keçirərək gözlənən bir qərar verib.

Buna da bax: Rusiya səhm bazarlarında kəskin sıçrayış

UEFA Fransa Prezidenti Emmanuel Makrona “görünməmiş böhran” vaxtı ən prestijli oyunun Fransaya köçürülməsinə şəxsi dəstəyinə görə təşəkkürünü bildirib.

Görüşdə verilmiş qərara görə, UEFA yarışlarına qatılan Rusiya və Ukrayna klub və yığma komandaları əlavə bilgi verilənə qədər neytral meydançalarda oynayacaqlar.

Buna da bax: Rusiya işğalının qlobal iqtisadiyyata təsiri – Qərb mediası

Final oyunu mayın 28-də 80 min yerlik Stade de France-da olacaq.

İndiyədək Parisdə elit yarışmanın beş final oyunu keçirilib.