Vergilər üzrə proqnoza əməl olunub

Manat. İllüstrasiya

Bu ilin doqquz ayında vergi ödəyiciləri dövlət büdcəsinə 5 milyard 224,4 milyon manatvəsait ödəyiblər.

Vergilər Nazirliyi proqnozdan 0,1 faiz artıq vəsait toplandığını açıqlayıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə Vergilər Nazirliyinin xəttilə dövlət büdcəsinə ödəmələrin həcmi 298,3 milyon manat və ya 6 faiz artıb.

Gömrükdə artım 18 faizdir

İdxal-ixrac əməliyyatlarından da təxminən bir o qədər çox vergi və rüsum yığılıb.

Oktyabrın 6-sı Dövlət Gömrük Komitəsi də ayılq gömrük vergi və rüsumlarının toplanması vəziyyəti haqda məlumat verib. Doqquz ayda gömrükçülər 1 milyard 951,6 milyon manat toplaya biliblər. Bu ötən ildən 297,9 milyon manat (18 faiz) çoxdur.

Buna da bax: Ərzağı bahalandıran gözəgörünməz əl kimindir?

Sizin brauzer HTML5-i dəstəkləmir

Ərzağı bahalandıran gözəgörünməz əl kimindir?

Plan artırılıb

Bu ilin iyun ayında dövlət büdcəsinə əlavə və dəyişikliklər edilib. 2017-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard. 645 milyon manat – ilin əvvəlində nəzərdə tutulandan 135 milyon manat çox yığılması nəzərdə tutulub. Gömrükçülərin planı isə 50 milyon manat artırlıb. Gömrük vergi və rüsumları üzrə bu il 1 milyard 250 milyon manat toplanacağı proqnozlaşdırılırdı. Proqnoz artıq, yerinə yetirilib.