Bakıda Avropa Çempionatı başlayır

Bakı- 5 yanvar 2014

Azərbaycanda daha bir nüfuzlu beynəlxalq turnir start götürür.

Bu gün, sentyabrın 22-də Bakıda voleybol üzrə qadınlar arasında Avropa Çempionatının final mərhələsinə start veriləcək. Yarış 9 gün, oktyabrın 1-ə kimi davam edəcək.

Yarışa Azərbaycan, Macarıstan, Almaniya, Polşa, Gürcüstan, İtaliya, Belarus, Xorvatiya, Türkiyə, Bolqarıstan, Rusiya, Ukrayna, Niderland, Serbiya, Belçika və Çex milli komandaları qatılır. Milli komandalar 4 qrupda mübarizə aparacaq.

Açılış oyununda Bakıda Ukrayna və Bolqarıstan yığmaları qarşılaşacaqlar.

A və C qruplarının oyunları Bakıda Milli Gimnastika Arenasında, D qrupunun oyunları isə Göygöldə Olimpiya İdman Kompleksində keçiriləcək.

B qrupunun yarışmaları isə Gürcüstanda – Tbilisi Yeni İdman Sarayında baş tutacaq.

Azərbaycan millisi A qrupunda mübarizə aparır. Azərbaycan millisi ilk oyununu bu gün, sentyabrın 22-siMacarıstan yığması ilə keçirəcək. Növbəti oyunlar sentyabrın 24-də Polşa, 25-də isə Almaniya yığması ilə olacaq.

Hər qrupdan iki komanda pley-off mərhələsinə vəsiqə qazanacaq. Çempionatın dörddəbir, yarımfinal və final görüşləri Bakıda olacaq.

Bu il bundan əvvəl Azərbaycan “Formula”1vəIV İslam Həmrəyliyi Oyunlarınaev sahibliyi edib. Umimilikdə 2017-ci ilin dövlət büdcəsində beynəlxalq idman oyunlarının təşkilinə 317 milyon manat vəsait ayrıldığı bildirilir.