Keçid linkləri

2024, 20 Sentyabr, Cümə, Bakı vaxtı 18:27

Stefan Sveyqin Azərbaycan dilində yeni kitabı


«İblislə savaşanlar» kitabının üz qabığı
«İblislə savaşanlar» kitabının üz qabığı
Dünya şöhrətli Avstriya yazıçısı Stefan Sveyqin (1881-1942) Azərbaycan dilində yeni kitabı satışa çıxıb.

«İblislə savaşanlar» adlı kitab XIX əsr Alman mədəniyyətinin 3 böyük şəxsiyyətinin - Hölderlinin, Kleystin və Niçşenin sarsıntılarla dolu həyatından bəhs edir.
Zaur Səttarlı və Yasəmən Abbasovanın tərcümə etdiyi əsərin redaktoru Namiq Hüseynlidir.
«İblislə savaşanlar» «Alatoran Yayınları» seriyasından S.Sveyqin oxuculara təqdim olunan 3-cü əsəridir.
Bundan əvvəl həmin seriyadan «Bəşəriyyətin ulduzlu saatları», «Dünənin Dünyası» tarixi novellalar toplusu 2010-cu ildə dərc olunmuşdu.
XS
SM
MD
LG