Keçid linkləri

2024, 24 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 01:26

AzadlıqLive-Araz Ağalarov:"Emin hər həftə onların yanına uçur"

AzadliqLive-da iyulun 11-də bu və digər mövzuları müzakirə edirik

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

12:31 10.7.2015

Mərkəzi Banka 141 metrlik bina tikirlər

Azadlıq qəzeti: böhranın dərinləşdiyi vaxtda Mərkəzi Banka 141 metr hündürlüyündə yeni inzibati bina tikirlər

12:53 10.7.2015

Sterligov Qarabağda insanların münasibətindən danışır

Rusiyanın ilk milyonçularından olan, sonra milyonlarından imtina edib, Rusiyada fermerlik edın , indi isə Dağlıq Qarabağda peyda olan German Sterliqov Rusiyanın REN TV televiziyasına deyib: “Mən xoşbəxtəm ki, uşaqlarımı bura gətirmişəm, mən onlara nəzəri baxımdan insanların bir-birinə necə münasibət bəsləməli olmasından danışmışam. Təəssüf ki, müasir Rusiyada bu münasibət yoxdur. Ancaq Dağlıq Qarabağda var”.

13:00 10.7.2015

İsrail səfirliyi qarşısında aksiya

İyulun 10-da Bakıdakı İsrail səfirliyinin qarşısında aksiya keçirilib.Məlumatı islamazeri.az verir. Bildirilir ki, aksiyanıAzərbaycan İslam Partiyasının fəalları təşkil edib. Polis aksiyanın qarşısını alıb. 10 nəfərdən çox saxlanılanın olduğu deyilir.Aksiya Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilirdi.

13:12 10.7.2015

15-17 yaşlı anaların doğduğu uşaqların sayı kəskin artır

Azərbaycanda 15-17 yaşlı analar tərəfindən doğulan uşaqların sayı 15,4 faiz artıb.Bunu Statistika Komitəsindən Trend-ə bildiriblər. 2013-cü ildə Azərbaycanda 15-17 yaşlı analar tərəfindən 2 855, 2014-cü ildə isə 3296 uşaq dünyaya gəlib.

Davamı

XS
SM
MD
LG