Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 15:46

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

13:42 17.7.2015

Həyətində narkotik əkən: "satıb, özümə ev tikəcəkdim"

"Kasıb adamam, ailə də böyükdür. Fikirləşirdim ki, əkim, satım, özümə ev tikim." Bunu Saatlı rayon sakini deyir. Onun həyətindən 100-ə yaxın çətənə kolu tapılıb. ("Region" TV). Video burada

18:20 17.7.2015

Azərbaycanlı təyyarə düzəldib(video)

Bakı sakini, mühəndis Elçin Məmmədov təyyarə düzəldib. Kiçik hərbi təyinatlı modelin hazırlanması 3 il vaxt aparıb. Avtomobil mühərriki ilə işləyən təyyarə sahibinə 3500 manata başa gəlib. O, təyyarəsinin sınaqdan uğurla çıxacağını düşünür. O, bu təyyrəni dövlətə bağışlamaq, özü isə yeni təyyarələr düzəltmək istəyir.(RegionTV)

21:07 17.7.2015

AzadlıqLive-da Radioda iyulun 17-də bu mövzuları müzakirə etdik

Ramazanda bayram süfrəsi neçəyə başa gəlir? - bazarda pomidorun kilosu 80 qəpiyədir

Jurnalist Elmar Hüseynovun bu gün 48 yaşı tamam olacaqdı

Barcelona-Sevilya oyununa biletin qiyməti qara bazarda 350 avroyadır

İki bacı necə milyonçu oldu?

Nardaranın əsas problemi işsizlikdir

21:08 17.7.2015

Moskvada 200 min adam bayram namazı qılıb(video)

İyulun 17-də Rusiyanın paytaxtı Moskvada 200 mindən çox müsəlman, Moskvanın əsas məscidində bayram namazını qılıblar. Lenta.ru xəbər verir ki, bayram mərasimi 6 məsciddə və 5 meydanda keçirilib. Məscidlərə sığmayan insanlar küçədə namaz qılıblar.Polis təhlükəsizlik məqsədi ilə məscidlərə gələnlərin üstlərini yoxlayıb və nəzarəti gücləndirib.

Davamı

XS
SM
MD
LG