Keçid linkləri

2024, 22 Sentyabr, bazar, Bakı vaxtı 17:34

AzadlıqLive - Fazil Mustafa: "Bu İran əllamələrinə baxın"

Azərbaycanda və dünyada baş verən xəbərləri burdan izlə

AzadliqRadiosunun gündəlik TV proqramı hər gün Bakı vaxtı ilə saat 22-də günün əsas hadisələri xəbərlər, reportaj və müsahibələrdə AzadliqRadiosu.TV kanalında və internetdə​

(AzadliqLive burdan dinlə - Link axşam saat 8-də aktivləşəcək)

21:17 17.7.2015

Lavrov Qarabağ prosesində tərəqqi təklif edir

Son illərdə yəqin ki, ilk dəfədir ki, Qarabağ danışıqlarında tərəqqiyə təminatdan danışılıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlarda deyib ki, Qarabağ danışıqlarında “biz tərəqqini təmin edə bilərik”.

01:50 18.7.2015

İslam Dövləti qruplaşmasının seks qulları

“İslam Dövləti” qruplaşmasının seks qulları kimi istifadə edilən 3 gənc yezidi qadın qaçmağa müvəffəq olub.Britaniyaya gələn qadınlar başlarına gələn dəhşətli hadisələr barədə BBC-yə danışıblar."Bizi gündə 5 dəfə zorlayırdılar”, - 20 yaşlı Buşra deyir. - Orda olan qızlardan biri ayaq yoluna gedib damarlarını kəsmişdi. Lakin o ölməyəcəyini başa düşəndə boğazını da kəsdi."

15:10 18.7.2015

Şeyx: Azərbaycanda sünni və şiə birlikdə namaz qılır

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə bu gün jurnalistlərə deyib ki, Azərbaycanda müsəlmanlar arasında birlik var: “Bunun nümunəsi odur ki, sünni və şiə məzhəbinə aid olan insanlar birlikdə namaz qılırlar." Bakıda bayram namazından fotolar

16:39 18.7.2015

Steve Jobsun 20 deyimi

«Apple» şirkətinin qurucusu, xərçəng xəstəliyindən həyatını itirən Steve Jobsun dünyanı dəyişən, nəinki texnologiyaya, hətta fəlsəfəyə töhfə verən 20 məşhur deyimi.

1. Dünyaya öz töhfəmizi vermək üçün burdayıq. Yoxsa niyə burda olaq ki?

2. Qaldıra bilmədiyim kompüterə etibar etmirəm.

3. Ömrünün axırınadək şirin su satmaq istəyirsən, yoxsa dünyanı dəyişmək?

Davamı

XS
SM
MD
LG